Cahil cəmiyyətində məsxərəçilik

İman etməyən insanlar Allahın insanlar üçün seçib bəyəndiyi din əxlaqını yaşamadıqları üçün Qurandan tamamilə uzaq bir xarakterdədirlər. Bu səbəbdən gündəlik həyatlarında istehzalı münasibət çox yayılmışdır.


Bu əxlaq pozuqluğunun səbəbi qürurlu olmaları və gözəl əxlaqı yaşamamalarıdır. İçlərindəki bu qürur bir çox şəkildə özünü biruzə verir. Olduqları mühitdə ən üstün insan olmaq istədikləri üçün başqalarının gözəl xüsusiyyətlərini gördüklərində onlarla lağ edirlər. Bu yolla qarşılarındakı insanı alçaltmağı, onu insanların gözündə hörmətdən salmağı və onun əhvalını pozmağı hədəfləyirlər. Bu insanı digər insanların bəyənməsini və təqdirini qazanmasını istəmirlər. Allahın Quranda öyrətdiyi gerçək sevgini, şəfqəti, mərhəməti yaşamadıqları üçün də lağ edərək bir-birlərini üzməkdən çəkinmirlər.


Gündəlik həyatları bu tip nümunələrlə doludur. Yoldaşlarının və ya başqa insanların əskikliklərini, fiziki qüsurlarını, yanlışlarını öz aralarında danışaraq lağ edirlər. Ayağı büdrəyən, boğazına bir şey qaçan, dili dolaşıb bir sözü səhv söyləyən birini gördüklərində şişirdilmiş gülüşlərlə rişğənd edir və o insan haqqında hörmətdən salıcı söhbətlər edirlər. Hətta o an gülərək o insana rişğənd etdikləri kimi, daha sonrakı günlərdə də hər fürsətdə bunu ona xatırladaraq, utandırmağa çalışırlar. İstehzaya məruz qalan insanlar da də eyni əxlaqı yaşayırlar. Sonrakı günlərdə özləri də eyni vəziyyətə düşən birini gördüklərində onlar da o şəxslərə lağ edəcəklər. Yəni bütün bu insanların arasında sanki "səssiz" bir cahiliyyə razılaşması var. Buna görə özləri ilə lağ edildikdə onlar da özlərinə gülənlərdən daha çox gülərək bu vəziyyəti örtməyə çalışırlar. Acıqlarına getsə də bunu hiss etdirməməyə çalışırlar. Çünki lağ edilməklərinin anlaşılması onlara görə alçaldılmaq deməkdir.

 

Bundan başqa bəzi şəxslər də yolda fiziki cəhətdən qüsurlu birini gördüklərində əlləri ilə o insanı işarə edərək, gülməyə və  lağ etməyə çalışırlar. Əskikliyi olan insanın bunu görə biləcəyini və utanacağını bildikləri halda, çirkin rəftardan çəkinmirlər. İnsanların paltarları, saç formaları, danışıq tərzləri, şivələri, üslubları, peşələri və hətta həyat tərzləri ilə lağ etməyi bir əyləncə növü olaraq qiymətləndirirlər. Bunu da daha əvvəl ifadə etdiyimiz kimi, yalnız öz qürurlarını oxşamaq, başqalarının təqdir edilməsinin qarşısını almaq və digər insanları hörmətdən salmaq məqsədi ilə edirlər.