İnkar edənlərin istehzalarina səbir etmək möminlər üçün şərəfdir

Kitabın əvvəlindən etibarən tarix boyunca inkar edənlərin iman edənlərə istehzalı yanaşma içində olduğundan bəhs etdik və inkar edənlərin bu davranışlarının heç bir nəticə verməyəcəyinə də toxunduq. Ancaq bu mövzunu bir az daha da incələməkdə fayda görürük.


Cahil cəmiyyətdən olan bir insanla lağ edildikdə, ona böhtan atıldıqda və ya bu insan etmədiyi şeylərlə ittiham edildiyində, həmin insan bu vəziyyətdən çox kədərlənir. Bunu bilən cahiliyyə insanları da qarşılarındakıların şövqünü qırmaq, onları zəiflətmək məqsədi ilə bu üsuldan istifadə edirlər. Belə ki, möminlərə qarşı istehza silahını istifadə etməkdəki məqsədləri də budur. Ancaq inkar edənlərin möminlərə qarşı ümid etdikləri məqsədə çatmaları əsla mümkün olmaz. Çünki inkar edənlərin məsxərəçi rəftarları, sözləri, əsassız ittihamları ilə qarşılaşmaq möminlərin onsuz da gözlədikləri bir vəziyyətdir. İnkar edənlərin bu şəkildə davranacaqları Quranda möminlərə bildirilmiş və möminlər bu vəziyyətə qarşı xəbərdar edilmişlər:


Siz hökmən malınız və canınızla sınaqdan keçiriləcəksiniz. Sizdən əvvəl Kitab verilənlərdən və müşriklərdən bir çox əziyyətverici sözlər eşidəcəksiniz. Əgər səbr edib (Allahdan) qorxsanız, (bilin ki,) bu, əzmkarlıq (tələb edən) əməllərdəndir. (Ali-İmran surəsi, 186)


Göründüyü kimi, Allah möminləri belə bir vəziyyətə qarşı qəti olaraq xəbərdar etmişdir. Bu səbəbdən inkar edənlərin onlarla lağ etmələri, möminlərin imanlarının göstəricisidir. Bu səbəblə Allaha iman edən bir insan belə bir hadisə ilə qarşılaşdığında nəinki kədərlənər, əksinə sevinər və hətta Allahın vədi reallaşdı deyə imanı daha da artar. Yəni inkar edənlərin möminlərlə lağ etmələri, zənn edildiyi kimi onların əleyhinə bir hadisə deyil. Əksinə olaraq Allahın yaratdığı hər hadisə kimi onların xeyrinədir. Onların əxlaqlarındakı üstünlüyü, imanlarındakı dərinliyi və axirətdəki dərəcələrini artıran hadisədir.


Bu halda möminlərin din əxlaqından uzaq insanların istehzalı rəftarları qarşısında kədərlənmələri də mümkün deyil. Bu rəftarlar onlar üçün bir rəhmətdir və möminlər göstərdikləri səbir sayəsində Allahın razılığını və cənnətini ümid edərlər. Başqa bir ayəsində Allah möminlərə belə bir vəziyyət qarşısında səbr etmələri lazım olduğunu bildirmişdir:


(Müşriklərin) dediklərinə səbr et və onlardan xoşluqla uzaqlaş. (Müzəmmil surəsi, 10)


Bununla birlikdə möminlərin şövqlərini artıracaq bir başqa mövzu da Allahın lağ edənlərə qarşı möminlərə kömək edəcəyini vəd etməsidir. Allah bu həqiqəti "Sözsüz ki, istehza edənlərə qarşı Biz sənə yetərik." (Hicr Surəsi, 95) ayəsi ilə müjdələmişdir. Şübhəsiz ki, bu möminlər üçün çox güvən verici bir vəziyyətdir. Quran əxlaqını yaşamayan insanlar möminlərə zərər vermək üçün hər nə etsələr də məqsədlərinə çatmaları mümkün deyil. Etdikləri hər şey möminlərin lehinədir. Çünki bir ayədə xəbər verildiyi kimi; "Allah kafirlərə möminləri (məğlub etməyə ) yol verməyəcəkdir." (Nisa surəsi, 141) Allah başqa ayələrində də möminlərə olan dəstəyini belə xəbər vermişdir:


… Dində məcburiyyət yoxdur. Artıq doğru yol azğınlıqdan aydın fərqlənir. Hər kəs tağutu inkar edib Allaha iman gətirərsə, heç vaxt qırılmayan ən möhkəm dəstəkdən yapışmış olar. Allah Eşidəndir, Biləndir. Allah iman gətirənlərin Himayədarıdır, onları zülmətlərdən nura çıxarır. Kafirlərin dostları isə tağutlardır, onları nurdan zülmətə salarlar. Onlar Od sakinləridirlər və orada əbədi qalacaqlar. (Bəqərə surəsi, 256-257)


Xüsusilə bunu da ifadə etməkdə fayda vardır: Möminlər inkar edənlərin hər cür bənzətmələrindən uzaq, çox üstün və yüksək əxlaqlı insanlardır. Bu gözəl hallarının qarşılığını isə dünyada və axirətdə alarlar. Dünyada özləri ilə lağ edilməsi isə möminlərin üstünlüyünü, fəaliyyətlərinin gücünü və inkar edənlərin üzərindəki təsirini göstərir. Bu eyni zamanda xalq arasında məşhur olan "bar verən ağac daşlanar" sözünün də bir nümunəsidir.


Onların fikri mübarizədəki gücünü, üstün əxlaqını görən inkarçılar möminlərin yolunu kəsməyə, onları böhtan və yalanlarla ləkələməyə çalışarlar. Çünki möminlərin dünyaya sülh və nizam gətirəcəyini bildikləri üçün özlərinə görə əvvəldən tədbir görüb buna maneə olmaq üçün çalışarlar. Məsələn, möminlərin Quran əxlaqını izah etmələrini, insanları bu mövzuda maarifləndirmələrinə lağ edər və ya onların Allahın varlığının dəlillərini anlatdıqları üçün gördükləri işlərlə lağ edərlər. Bütün bunları etməklə məqsədləri Allahın Quranda bildirdiyi kimi, "haqqı batil ilə etibarsız etmə" istəkləridir. (Kəhf surəsi, 56) Ancaq Allah Quranda müsəlmanlara belə müjdə vermişdir:


De: “Haqq gəldi, batil puç olub getdi. Həqiqətən də batil puçluğa məhkumdur!” (İsra surəsi, 81)

 

Xeyr, Biz haqqı batilin üstünə atarıq və o da onun işini bitirər. Bir anda (batilin) yox olub getdiyini görərsiniz. (Allaha) aid etdiyiniz sifətlərə görə vay halınıza! (Ənbiya surəsi, 18)