Saytdakı məlumatları oxuduqdan və öyrəndikdən sonra çıxarmalı olduğuz nəticə

İnkarçılar çox əhəmiyyətli bir gerçəyi də bilməlidirlər: Onlar iman edənlərlə lağ edərkən və ya müxtəlif əxlaqsızlıqlarla onlara zərər verməyə çalışarkən, əslində Allahın özləri üçün yazmış olduğu qədərə təslim olmuşlar. İstifadə etdikləri istehzalı hər söz, çirkin hər baxış, zehinlərindən keçən inkar dolu hər düşüncə, qurduqları hər plan Allahın təyin etdiyi qədərin bir parçasıdır. İnkarçılar şüurunda olmasalar da Allaha boyun əymişlər və Allahın əmrinə uyğun olaraq dünyada möminlər üçün xidmət göstərirlər. Din əxlaqını yaşayan insanlarla lağ edərkən, inananlar bu rəftarlara qarşı səbir göstərir və Allaha olan bağlılıqları səbəbindən şərəfli bir mövqeyə, Allahın sonsuz gözəllikdəki cənnətlərinə layiq görülürlər.


İnkarçılar isə bir heç bir zaman əslinə çata bilmədikləri dünyanın əsli ilə təmasda olduqlarını zənn edərək alçalırlar. Bir gün eynilə yuxudan oyanan kimi oyanacaq və qəflətən bu "böyük gerçəyi" görəcəklər. Yer üzündə demək olar ki, bir göz qırpımı qədər qaldıqlarını anlayacaq və içində olduqları inkarın peşmançılığını yaşayacaqlar. Hesab günündə o günə qədər söylədikləri istehzalı  sözlər, kinayəli baxışlar, məsxərəçi rəftarlar bir-bir qarşılarına çıxarılacaq. Hətta belə ki, öz bədən üzvləri də öz əleyhlərində şahidlik edəcək. Allah bu gerçəyi Quranda belə xəbər vermişdir:

 

O gün, öz dilləri, əlləri və ayaqları əleyhlərində şahidlik edəcəklər. O gün, Allah layiq olduqları cəzanı əskiksiz verəcək və onlar da Allahın heç şübhəsiz haqq olduğunu biləcəklər. (Nur Surəsi, 24-25)