Saytın məzmunu haqqında qısa məlumat

Bu sayt Harun Yəhya imzasından istifadə edən hörmətli Adnan Oktarın "İstehza deyilən zülm" adlı əsərindən götürülərək hazırlanılmışdır. Müəllifin bütün kitablarında imani mövzular, Quran ayələri işığında izah edilir, insanlar Allahın ayələrini öyrənməyə və yaşamağa dəvət olunurlar. Allahın ayələri ilə bağlı bütün mövzular oxuyanın ağlında heç bir şübhə və ya sual doğurmayacaq şəkildə açıqlanır.
Buradakı izahlarda istifadə edilən səmimi, sadə və axıcı üslub isə kitabların hər kəs tərəfindən asanlıqla başa düşülməsini təmin edir. Bu təsirli və sadə izah sayəsində kitablar “bir nəfəsdə oxunan kitablar” ifadəsinə tamamilə uyğun gəlir. Dini qətiyyətlə rədd edən insanlar belə bu kitablarda izah edilən həqiqətlərdən təsirlənir və izah edilənlərin doğruluğunu inkar etmirlər.
Bu sayt və müəllifin digər əsərləri oxucular tərəfindən fərdi şəkildə olduğu kimi, qarşılıqlı söhbət mühitində də oxuna bilər. Bu kitablardan istifadə etmək istəyən bir qrup oxucunun kitabları birlikdə oxumaları, mövzu ilə bağlı öz fikir və təcrübələrini bir-birləri ilə paylaşmaları baxımından faydalı olar.


Bununla yanaşı sadəcə Allah rizası üçün yazılmış bu kitabların tanınmasına və oxunmasına kömək etmək də böyük xidmət olar. Çünki müəllifin bütün kitablarında sübut və inandırma çox güclüdür. Bu səbəbdən dini izah etmək istəyənlər üçün ən təsirli üsul bu kitabların digər insanlar tərəfindən də oxunmasına sövq etməkdir.


Kitabların arxasına müəllifin digər əsərlərinin təqdimatının əlavə edilməsinin isə mühüm səbəbləri var. Bu sayədə kitabı əlinə alan şəxs yuxarıda bəhs etdiyimiz xüsusiyyətləri daşıyan və oxumaqdan zövq aldığını ümid etdiyimiz bu kitabla eyni vəsflərə malik olan daha bir çox əsər olduğunu görəcəkdir. İmani və siyasi mövzularda faydalanacağı zəngin mənbə toplusunun mövcud olduğuna şahid olacaqdır.

Bu saytda, müəllifin şəxsi qənaətlərinə, şübhəli mənbələrə əsaslanan izahlara, müqəddəs şeylərə qarşı ədəbə və hörmətə diqqət verilməyən üslublara, narahatlıq verən şübhəli və ümidsizliyə sürükləyən izahlara rast gələ bilməzsiniz.