Lağ etməyin qaynağı qürurdur

Bir insanın özünü digər insanlardan üstün görməsinə, üstün tutmasına "qürur" deyilir. Qürurlu insanlar digər insanların aşağı təbəqədən olduqlarını hiss etdirirlər. Lakin qüruru təkcə insanlara qarşı edilən rəftar pozuqluğu olaraq düşünmək doğru olmaz. Çünki qürurlu insanlar eyni zamanda Allahın dinini yaşamaq, doğru yola dəvət edildikdə bu yola razılıq mövzusunda da təkəbbürlənirlər.


İnsan vicdanı ilə hərəkət etmədiyi, nəfsinin təlqinlərinə uyduğu, Allahın Quranda təsvir etdiyi əxlaqı yaşamadıqca  nəfsinin bu tələsinə düşəcəkdir. Çünki Allahın Quranda bildirdiyi kimi, "… nəfs, Rəbbimin özünü əsirgədiyi xaricində var gücü ilə pisliyi əmr edəndir..." (Yusuf surəsi, 53) Şeytanın təlqinlərinə aldanan və özlərini üstün görən insanlar artıq tamamilə nəfslərinin idarəsində olurlar. Bundan ötrü də qürurlu olmaları ya da digər bir sözlə təkəbbürlənmələri qaçılmazdır.


Qürur, şeytanın da ən diqqəti cəlb edən xüsusiyyətlərindən biridir. Quranda bildirildiyi kimi, Allah mələklərə Hz. Adəmə (ə.s) səcdə etmələrini əmr etdikdə İblisdən başqa hamısı səcdə etmiş, İblis isə səcdə etməmişdir. Şübhəsiz bunun səbəbi özünü Hz. Adəmdən (ə.s) üstün görməsi və buna görə təkəbbürlənməsidir. Quranda şeytanın bu vəziyyəti belə izah edilir:


Bir zaman Biz mələklərə: “Adəmə səcdə edin!”– dedikdə, İblisdən başqa (hamısı) səcdə etdi. O imtina edib təkəbbür göstərdi və kafir oldu.(Bəqərə surəsi, 34)


Sizi xəlq etdik, sonra sizə surət verdik, sonra da mələklərə: “Adəmə səcdə edin!”– dedik. İblisdən başqa (hamısı) səcdə etdi. O, səcdə edənlərdən olmadı. (Allah) dedi: “Mən sənə əmr etdikdə sənə səcdə etməyə nə mane oldu?” (İblis) dedi: “Mən ondan daha üstünəm. Çünki Sən məni oddan, onu isə palçıqdan yaratmısan!” (Allah) dedi: “Buradan aşağı en! Burada təkəbbürlük göstərmək sənə yaramaz. Çıx get, çünki sən alçaldılmışlardansan”.(Əraf surəsi, 11-13)


Ancaq nə şeytanın, nə də onun saxta çağırışlarına uyanların hər hansı bir üstünlükləri yoxdur. Əksinə onların Allahın hər şeyin üstündə güc sahibi olduğu həqiqətini inkar edərək etdikləri ağılsızlıq, onları alçaldır. Allah Quranda özlərinə görə "böyüklük" iddiasında olanlar üçün “ürəklərində böyüklük iddiasından başqa bir şey yoxdur” (Mömin surəsi, 56) şəklində xəbər vermişdir. Bu ayədən də anlamaq olur ki, inkar edənlər nə qədər arzu etsələr də istədikləri böyüklüyə çata bilməzlər. Çünki böyüklük yalnız Allaha aiddir və Allah ancaq Özünə itaət edən qullarını ucaldar. Azğın inkarçıları isə həm dünyada, həm də axirətdə alçaldar. Yuxarıdakı ayənin ardından gələn ayələrdə də Allah inkar edənlərin necə bir korluq və qavrayışsızlıq içində olduqlarını belə bildirmişdir:


Həqiqətən, göylərin və yerin yaradılması insanların yaradılmasından daha böyük şeydir. Lakin insanların çoxu (bunu) bilmir. Korla görən, iman gətirib yaxşı işlər görənlərlə pislik edənlər eyni deyildir. Necə də az düşünüb daşınırsınız! O Saat mütləq gələcəkdir, bunda heç bir şübhə yoxdur. Lakin insanların əksəriyyəti (buna) inanmır.(Mömin surəsi, 57-59)


Yuxarıdakı ayələrdə də xəbər verildiyi kimi, insanların çoxu Allahın gücünü və böyüklüyünü qavraya bilmədikləri üçün özlərinə lütf olaraq verilən xüsusiyyətlərə görə qürurlanır və təkəbbürlənmə həvəsinə düşürlər. Bu insanların içlərindəki qüruru yansıtma üsullarından biri də insanlarla lağ etməkdir. Daha əvvəl də ifadə etdiyimiz kimi, onları aşağı gördüklərini hiss etdirərək özlərini ucalda biləcəklərini zənn edirlər. Bu səbəbdən də din əxlaqından uzaq olan cahilliyə cəmiyyətlərində "istehza" çox məşhur bir davranışdır.


Məsxərəçi insanlar hər kəsin əskik yönlərini görür, gözəl yönlərini isə dərk etmirlər. Bu tip şəxslərin hər birinin özlərinə görə qürurlandıqları bəzi xüsusiyyətləri var. Məsələn, bəzisi müvəffəqiyyətindən, bəzisi gözəlliyindən, bəzisi də zənginliyindən qürurlanır. Buna görə də bu cəhətdən əskiyi olan insanlarla qarşılaşdıqlarında onların əskiklikləri ilə lağ edirlər. Özlərinə bu xüsusiyyətləri verənin Allah olduğunu və dilədiyi hər an geri ala biləcəyini düşünmədən belə bir azğın münasibət göstərirlər.

 

Cahiliyyə cəmiyyətlərində rişğənd etmək həyatın ayrılmaz bir parçası halını alıb. Uşaqlar, gənclər həmişə bu mədəniyyət və əxlaqla birlikdə böyüyürlər. Sonrakı səhifələrdə din əxlaqından uzaq insanların öz aralarında yaşadıqları məsxərəçilik nümunələrindən də danışacaq və bu rəftarları ilə öz-özlərini necə sıxıntılı bir mühitə atdıqlarına  şahid olacağıq.